Antidepressantların TƏHLÜKƏSİ - Zəhərlənməyə səbəb olan dərmanlar sırasında ilk yeri tutur

Əsəb sakitləşdirici, antidepressant dərmanları uzun müddət qəbul etdikdə insan orqanizmində onlara öyrəşmə baş verir.

Bunu özəl olaraq Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev bildirib.

Onun sözlərinə görə, əsəb sakitləşdirici, yuxugətirici, neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır:

"Bu dərmanları uzun müddət, böyük dozada qəbul etdikdə insanlarda narkotik effekt yaranır. Belə dərmanlar sinir uclarını keyləşdirir, insana yuxu gətirir, onda "həzz" hissi yaradır. Belə dərmanlar trankvilizatorlar qrupuna (psixotrop dərman maddələri) aiddirlər. Bunları uzun müddət istifadə etdikdə insanda onlara öyrəşmə gedir, qəbul edilməyəndə orqanizm onları tələb edir".

A.Baxşəliyev "tazepam", "fenozepan", "nozepan", "amitryptiline" kimi əsəb sakitləşdirici dərmanların, eləcə də antidepressant Azərbaycanda dövlət qeydiyyatına alındığını da xatıladıb. Trend

DİGƏR XƏBƏRLƏR

Top