Son bir ildə 16 yeni bank şöbəsi açılıb, lakin 560 bank işçisi işini itirib

Son bir il ərzində Azərbaycanın bank sektorunda işləyənlərin sayı 3,3% və ya 560 nəfər azalıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 16 min 470 nəfər çalışıb. Halbuki ötən ilin noyabr ayının əvvəlində bank sektorunda işləyən işçlərin sayı 17 min 30 nəfər olub. Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı azalsa da, bankların şöbələrinin sayı 126-dan 142-yə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top