Sanksiyalar Rusiyanın xarici ticarət dövriyyəsini 253 milyard dollar azaldıb

Rusiya Ukrayna ərazisində separatçılara verdiyi açıq dəstək səbəbində 2014-cü ildə Qərb dövlətlərinin sanksiyaları ilə üzləşib. Yeniavaz.com Rusiya mətbuatında yer alan məlumatlara istinadən bildirir ki, tətbiq edilən sanksiya səbəbindən Rusiyanın xarici ticarət dövriyyəsində kəskin azalma baş verib. Belə ki, ötən il Rusiyanın xarici ticarət dövriyyəsi 2013-cü illə, yəni sanksiyalardan əvvəlki dövrlə müqayisədə yarı-yarıya - 51,5% azalıb. Əgər 2013-cü ildə Rusiyanın xarici ticarət dövriyyəsi 488,9 milyard dollar olubsa, 2016-cı ildə bu göstərici 236,2 milyard dollara kimi azalıb. Bu dövürdə ixracın həcmi dəyər ifadəsində 167,5 milyard dollardan 88,2 milyard dollara, idxalın həcmi isə 321,4 milyard dollardan 148 milyard dollara düşüb.

Bu dövürdə ən ciddi azalma Kipr, İslandiya və Belçika ilə olan ticarət dövriyyəsində qeydə alınıb. Rusiya ilə Kipr arasında olan ticarət dövriyyəsi son 2 ildə 82,3%, İslandiya ilə 75,5%, Belçika ilə olan ticarət döbvriyyəsi isə 76% azalıb. Bundan başqa Rusiyanın İngiltərə ilə olan ticarət dövriyyəsi 57,9%, İsveçlə 53,5%, Kanada ilə 52,1%, Almaniya ilə 45,7%, Fransa ilə 40%, ABŞ-la olan ticarət dövriyyəsi isə 27% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top