MDB ölkələrinə satdığımızdan 2,5 dəfə çoxunu onlardan alırıq - CƏDVƏL

Bu ilin ilk 9 ayında Azərbaycandan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə 640,2 milyon dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu dövürdə MDB-yə üzv olan ölkələrdən Azərbaycana 1 milyard 618,8 milyon dollar dəyərində məhsul idxal olunub. Nəticədə bu ilin ilk 9 ayında Azərbaycanın MDB-yə üzv olan ölkələrlə ticarət dövriyyəsində 978,6 milyon dollarlıq mənfi saldo yaranıb. Bu həm də o deməkdir ki, MDB-yə üzv olan ölkələrlə olan ticarət dövriyyəmizdə idxal ixracdan 2,5 dəfə çox olub. Tacikistan istisna olmaqla digər MDB ölkələri ilə olan ticarət dövriyyəsində mənfi saldo yaranıb.

Bu ilin ilk 9 ayında Azərbaycanın MDB-yə üzv olan ölkələrlə ticarət dövriyyəsi belə olub:

DİGƏR XƏBƏRLƏR

Top