Keçirdiyi aksiyada heç kim iştirak etmədiyinə görə təkbaşına kitab oxudu - VİDEO

Türkiyənin Adıyaman şəhərində bir müəllimənin keçirdiyi kitab oxuma aksiyasına heç kim qatılmadığına görə aksiyanı təşkil edən həmin müəllimə buna etiraz edərək təkbaşına kitab oxumağa başlayıb.

“Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, ədəbiyyat müəlliməsi Aysun Aydın kitab oxuma aksiyası keçirəcəyinə dair qərarını sosial şəbəkələr vasitəsilə bir neçə həftə ərzində istifadəçilərə çatdırıb. Qərarın istifadəçilər tərəfindən müsbət qarşılandığını görən A. Aydın aksiyanın keçirildiyi gün bir kitabla birlikdə Demoratiya Parkına gəlir.

O, parkda bir müddət gözləsə də aksiyaya heç kəs qatılmayıb. İştirakın olmamısından məyusluq keçirən müəllimə özü ilə gətirdiyi kitabı oxuyaraq aksiyanı təkbaşına bir neçə saat davam etdirib.

A. Aydın aksiyada heç kəsin iştirak etməməsinin Türkiyədə gənclərin kitaba marağının nə qədər olduğunun göstəricisi hesab edir: “Məni əllərində kitablar olanların gözləyəcəyini düşünürdüm. Gələndə isə yalnız futbol azarkeşlərini gördüm. Məqsədimiz kitabın da mövcudluğunu nümayiş etdirməkdi. Kimsə yoxuydu, təkbaşına oxudum, axşama qədər gözləyəcəm. Mən bu cür aksiyaları davam etdirəcəm. Bunu hər ay təşkil edəcəm”.

video

DİGƏR XƏBƏRLƏR

Top