İranda 6,2 bal gücündə zəlzələ baş verib

İranın şərqində 5,9 bal gücündə zəlzələ olub.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzindən deyiblər. Zəlzələnin ocağı yerin 40 kilometr dərinliyində yerləşib. İran Seysmoloji Mərkəzi isə Kirman vilayətinin Hocadk qəsəbəsi ətrafında 6,2 bal gücündə zəlzələnin baş verdiyini bəyan edib. Həmin ərazinin böyük hissəsi səhralıqdr. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

Xatırladaq ki, ötən gün İran-İraq sərhədində 5,6 maqnitudalı zəlzələ baş vermişdi. Noyabrın ortalarında isə Kirmanşah vilayətində, İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ olmuşdu. Son məlumata görə həmin zəlzələdə ölənlərin sayı 620 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top