İstanbulda taksi sürücüləri Trampa etiraz etdilər FOTOLAR

İstanbulda taksi sürücüləri ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz ediblər. Sürücülər Türkiyə bayraqlarını avtomobillərdən asaraq, Trampa etirazlarını bildiriblər. Sürücülər ABŞ-ın İstanbuldakı Baş konsulluğunun qarşısında toplaşıblar. Etirazçılar “Qatil İsrail”, “Fələstindən əlini çəkin”, “Tramp, çaşma, səbr kasamızı doldurma” deyə plakatlar tutublar. Etiraz zamanı taksi sürücülərinin müraciəti oxunub. Məlumatda dünyanın bir sıra şəhərlərində istifadə edilən ABŞ-a məxsus “Uber” taksi xidmətindən vətəndaşların istifadə etməmələri tövsiyyə edilib. azvizion.az

DİGƏR XƏBƏRLƏR

Top