Afrikanın ən yaxşı futbolçusu müəyyənləşib

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. Misir yığmasının və “Liverpul”un hücumçusu Məhəmməd Salah hər kəsi qabaqlayıb. O, BBC-nin saytında keçirilən azarkeşlərin səsverməsində Sadio Mane (Seneqal, “Liverpul”), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) geridə qoyub. Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 24 oyunda 19 qol vurub, 6 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.APA

DİGƏR XƏBƏRLƏR

Top