Saakaşvili azadlıqda VİDEO

Kiyevin Peçerski Rayon Məhkəməsi Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilininin sərbəst buraxılmasına dair qərar qəbul edib.

Bu barədə bazar ertəsi, dekabrın 11-də, RİA Novosti nəşri məlumat yayıb.

Hakim Larisa Çokol prokurorluğun ittihamını rədd edib. Siyasətçi Ali Radanın deputatlarının himayəsi altında azad olunub.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti dekabrın 9-na keçən gecə öz dostunun evində olarkən saxlanılıb. Təcridxanaya yerləşdirilən Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını bəyan edib.

Saakaşvili

DİGƏR XƏBƏRLƏR

Top