Rusiya neftdən gəlirlərini kəskin artırıb

2017-ci ilin yanvarından oktyabrınadək Rusiyanın neft ixracından gəlirləri 76,93 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,9 faiz çoxdur. "Yeniavaz.com"un "Lenta.ru" internet nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında deyilir. Hesabata əsasən, uzaq xarici ölkələrə xam neftin ixracının ümumi həcmi 1,3 faiz artaraq 198,7 milyon tona çatıb. Bu tədarüklərdən əldə olunan gəlirlər 30 faiz artıb (72,7 milyard dollar). MDB ölkələrinə ixrac isə 9 faiz azalaraq təqribən 15 milyon ton təşkil edib. Lakin bundan əldə edilən gəlirlər 19,1 faiz artaraq 4,2 milyard dollar olub. Ümumilikdə isə xam neftin ixrac həcmi 0,5 faiz çoxalaraq 213,7 milyon ton təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top