Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstanın “Sadaxlı” gömrük-keçid məntəqəsində iki Ermənistan vətəndaşı saxlanılıb. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, saxlanılan şəxslərdə bəyan edilməmiş ümumi çəkisi 279,01 qram olan qızıl əşyalar aşkarlanıb. Qızıl əşyaların gömrük dəyəri 21,5 min lari təşkil edib. Ermənistan vətəndaşlarına qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə tətbiq olunub.APA

DİGƏR XƏBƏRLƏR

Top