Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayon sakini, 1983-cü il təvəllüdlü Ramil İbadət oğlu Nərimanov və Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Nigar Əvəz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top