İranda 6 bal gücündə zəlzələ olub

İranın qərbində 6 bal gücündə zəlzələ olub. Türkiyənin NTV telekanalının məlumatına görə, zəlzələnin episentri bölgənin Ezgele qəsəbəsində yerləşir. Sözügedən qəsəbə noyabrın 12-də baş verən yeraltı təkanlar zamanı ən çox ziyan çəkən yaşayış məntəqələrindən biridir. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.APA

DİGƏR XƏBƏRLƏR

Top