Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"

“Nyu-Yorkda avtobus terminalında baş vermiş partlayış terrorla əlaqəlidir”. NBC-nin xəbərinə görə, bunu Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış. “Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”, - deyə mer əlavə edib. Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir. Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.APA

DİGƏR XƏBƏRLƏR

Top