Rüşvətin qlobal həcmi açıqlandı


Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir. Bu barədə "Vedomosti" qəzeti məlumat yayıb. Qeyd edilir ki, BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında dünya iqtisadiyyatının daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirdiyi qeyd edilib. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir. "Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb", - deyə hesabatda qeyd edilir.Report

DİGƏR XƏBƏRLƏR

Top