Tofiq Abbasov: Xəzərin hüquqi statusu Astanada həllini tapacaq


Bir neçə gün əvvəl Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müzakirəsi ilə bağlı görüşü baş tutub. Görüşün ümumi fonu ümidverici və pozitivdir. Bu da Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiya, yəni əsas bəyannamənin artıq qəbul olunacağından xəbər verir. Bunun üçün nəzərdə tutulmuş imzalanma mərasiminin qarşıdan gələn Astana sammitində baş tutacağı gözlənilir. Bunu politoloq Tofiq Abbasov Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Xəzəryanı ölkələrinin XİN rəhbərlərinin Moskva görüşünün yekunlarını şərh edərkən bildirib. “Bu, ondan xəbər verir ki, mürəkkəb məsələlərin ətrafında tərəflərin mövqeləri üst-üstə düşür, yəni konsensus tapılıb. Nəzərə almaq lazımdır ki, Xəzər dənizi ona çıxışı olan 5 dövlətin ümumi su hövzəsidir . Bu səbəbdən də heç bir ştatdankənar problemlər yaranmaması, hərbi-texniki məsələlərin həllində tərəflərin bir-birinin maraqlarına hörmətlə yanaşması, digər tərəfdən, mövcud olacaq ümumi sabit rejimin, təhlükəsizlik rejiminin hamının gözləntilərinə cavab verməsi bütün dövlətlərin ümumi marağıdır.

Təhlükəsizlik məsələlərinə gəldikdə, beş dövlətin hərbi strukturları, onların hər birinin su hövzəsində özünümüdafiə hüququnun olmasına və hərbi donanma yaratmaq, liman salmağa dair artıq razılığa gəliblər. Tərəflərin bir-birilərinə iddialarının olmadığını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, narahatlıq doğuran məqamlar yox səviyyəsindədir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top