Bu il Azərbaycana 6 Ermənistan, 3 "Keçmiş SSRİ" vətəndaşı səfər edib RƏSMİ AÇIQLAMA

Bu il Azərbaycana səfər edən xarici ölkə vətəndaşları arasında 6 nəfər Ermənistan vətəndaşı da olub. Onların 1- yanvar, 1-i aprel, 1-i avqust, 3-ü isə sentyabr ayında Azərbaycana səfər edib. Yeniavaz.com Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, son 15 il ərzində Ermənistandan Azərbaycana 93 nəfər təşrif gətirib. Onların 6-sı 2003-cü ildə, 16-sı 2012-ci ildə, 61-i 2015-ci ildə, 4-ü isə ötən il Azərbaycana səfər edib.

Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlarda diqqət çəkən maraqlı məlumatlardan biri də odur ki, bu il ərzində Azərbaycana 3 nəfər "Keçmiş SSRİ" vətəndaşının səfər etdiyi bildirilir. Qeyd edək ki, ötən illər ərzində "Keçmiş SSRİ" vətəndaşlarının ölkəmizə səfərləri qeydə alınmayıb. Yalnız bu ilin fevral, oktyabr və noyabr aylarında Azərbaycana mövcud olmayan bir dövlətdən - "Keçmiş SSRİ"dən səfər edildiyi açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top