Azərbaycan əhalisi sürətlə qocalır - QRAFİK

Yaxın illərdə Azərbaycanda yaşlı insanların sayının artacağı gözlənilir. Yeniavaz.com xəbər verir ki, ölkə əhalisinin yaş strukturunun əsas göstəricisi əhalini yarı bölən median yaş hesab olunur. Median yaşı əhalini sayca bərabər qruplara bölən yaşdır: yəni əhalinin yarısı bu yaşdan kiçik, yarısı isə daha yaşlıdır. 2015-ci ildə Azərbaycanda median yaşın 30,2 il olduğu bildirilir. Sovetlər Birliyinin dağılmağa başladığı 1990-cı ildə bu göstərici 24,1 il olub. Sovetlər Birliyinin dağılmasından sonra əhali arasında yaşlı insanların sayı artmağa başlayıb. Nəticədə median yaş həddi 24,1-dən 30,2-yə yüksəlib. Aparılan hesablamalar göstərir ki, yaxın illərdə median yaşın daha sürətlə artacağı gözlənilir. 2050-ci ildə Azərbaycanda median yaşın 40 ilə yüksələcəyi gözlənilir. məlumat üçün bildirək ki, 1950-ci ildən sonra aparılan hesablamalar göstərir ki, Azərbaycanda gənc insanların sayı ən yüksək səviyyəyə 1970-ci ildə çatıb. 1970-ci ildə Azərbaycanda median yaş həddi 18,2 il olub.

Müqayisə üçün qeyd edək ki, 2050-ci ildə qonşu ölkələrdən Ermənistanda median yaşın 45,5, Gürcüstanda isə 42 ilə yüksələcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top