Ronaldonu 30 milyon avro cərimə gözləyir

Portuqaliya yığması və "Real" Madridin forvardı Kriştiano Ronaldonun vergi ödənişindən yayınmaq işində günahı təsdiq edilərsə, futbolçu 30 milyon avro məbləğində cərimələnə bilər. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, İspaniya Prokurorluğu bəyan edib ki, K. Ronaldo İspaniyadakı gəlirlərini gizlətmək üçün 2010-cu ildə yaradılmış şirkətdən bilərək istifadə edib. O, təqribən 15 milyon avro həcmində maliyyə fırıldaqçılığında şübhəli bilinir. Portuqaliyalı isə bildirib ki, heç vaxt vergi ödəməkdən yayınmağa çalışmayıb. K. Ronaldonun məhkəmə iclası dekabrın 22-nə təyin edilib. Əgər K. Ronaldo və hüquqşünasları prosesi uduzsalar, futbolçu azı 30 milyon avro cərimə ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top