"Borussiya" Dortmund baş məşqçisini dəyişdi

Peter Bos "Borussiya" Dortmundun baş məşqçi vəzifəsini tərk edib. "Yeniavaz.com"un "Vesti.ru" saytına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis klubla cəmi 5 ay çalışıb. P. Bosun istefasına səbəb isə komandanın uğursuz çıxış etməsi olub. Belə ki, "Borussiya" Almaniya çempionatının son 8 turunda heç bir qələbə qazana bilməyib və 15 oyundan sonra yeddinci yerdə qərarlaşıb. İstefa qərarı klub rəhbərliyi və P. Bosun qarşılıqlı razılığı əsasında qəbul edilib. Onu isə Peter Ştöger əvəz edəcək. P. Ştöger dekabrın əvvəlində "Köln"dən istefaya göndərilib. Onunla 2018-ci il iyunun 30-dək müqavilə bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top