Son 9 ayda Azərbaycanda 500-ə yaxın müəssisə bağlanıb RƏSMİ STATİSTİKA

Prezidentin köməkçisi: "Sarkisyan sözünün üstündə durmadı"

Fərqli millətlərə məxsus insanların nikahından doğulan uşaqlar: Hansı daha gözəldir? FOTOLAR

çərşənbə axşamı, 17 oktyabr 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017
EN TR RU

TÜRK DÜNYASI

Qazaxıstan - Rusiya əməkdaşlığı yeni inkişaf mərələsinə qədəm qoyur

04.10.2016 18:03

Son illərdə Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərdə yeni bir tendensiya müşahidə olunmaqdadır. Bu da Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istər MDB məkanında, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə Rusiyanın maraqlarına xidmət edən addımlar atması ilə əlaqədərdır. Hər halda Nazarbayevin Rusiya-Qərb, Rusiya-Türkiyə və Rusiya-Ukrayna münasibətlərindəki gərginliyin azaldılması sahəsində öz vasitəçiliyini təklif etməsi Putin üçün olduqca cəzbedici təsir bağışlamaqdadır. Təsadüfi deyil ki, ötən gün Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən VIII Rusiya-Qazaxıstan Əməkdaşlıq Forumunda prezident Vladimir Putin Nazarbayevin vasitəçilik missiyasının sülhə xidmət etdiyini xüsusi vurğulayıb. O qeyd edib ki, Nazarbayev Rusiyaya qarşı çevrilən bir çox xoşagəlməz münasibətlərin yumşaldılmasına öz töhfəsini vermək üçün əlindən gələni edib. Öz növbəsində Nursultan Nazarbayev sentyabrın 18-də Rusiyada keçirilən Dövlət Dumasına seçkilərdə Putin komandasının qələbəsini Kremlin sahibinin böyük uğuru adlandıraraq: “Belə hesab edirəm ki, bu, sizin qələbənizdir”,-deyib.

İqtisadi inteqrasiya genişlənir

Rusiya ilə Qazaxıstan arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olmasının əsas səbəblərindən biri şübhəsiz ki, hər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ildən-ilə genişləndirilməsi ilə əlaqədardır. Məsələn, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15,5 milyard dollar olub ki, bu da olduqca yüksək rəqəmdir. Kremlin Ukrayna ilə münasibətlərinin korlanmasından sonra Qazaxstan MDB məkanında Belarusdan sonra Rusiyanın ikinci əsas ticarət tərəfdaşına çevrilib. Qazaxıstanın xarici ticarət dövriyyəsinin 20 faizi Rusiyanın payına düşür. Xüsusi ilə Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar Qazaxıstandan kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə geniş axınına yol açıb. Bu da öz növbəsində Qərbin iqtisadi sanksiyalarının zəiflədilməsində önəmli rol oynamaqdadır. İqtisadi əməkdaşlıq sahəsində atılan ən uğurlu addımlardan biri də Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində “Avtovaz” tərəfindən minik avtomobilləri zavodunun inşa edilməsidir. Bu zavod ildə 120 min ədəd minik avtomobili istehsal edir. Nəticədə Ust-Kamenoqorsk avtomobil zavodu Qazaxıstanın ən nəhəng avtomobil istehsal edən mərkəzlərindən birinə çevrilib. Lakin Qazaxıstanla Rusiya arasında həllini gözləyən problemlər də mövcuddur. Bunlardan biri də Qərbi Avropa- Qərbi Çin beynəlxalq avtomobil magistralının inşası ilə bağlıdır. 2008-ci ildə inşasına başlanılan və uzunluğu 8,4 min kilometr olacaq avtomobil yolu Rusiya və Qazaxıstan üçün nəinki iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Bu yolun inşasının başa çatdırılması hər iki ölkənin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi demək olacaq. Qazaxıstan və Çin öz ərazilərində beynəlxalq avtomobil yolunun inşasını tamamilə başa çatdırıblar. Amma Rusiya bu günə kimi beynəlxalq avtomobil yolunun öz ərazisindən keçən hissəsində hər hansı bir iş həyata keçirməyib. Məsələyə münasibət bildirən Qazaxıstan-Rusiya Sərhəd Əməkdaşlığı Assosiasiyasının rəhbəri Marat Şibutov Rusiyanın beynəlxalq avtomobil yolunun çəkilməsini ləngitməsinin səbəblərini anlamaqda çətinlik çəkdiyini söyləyir. O deyir ki, Qazaxıstan baş nazirinin I müavini Bakıtcan Saqintayev dəfələrlə rusiyalı həmkarı İqor Şuvalovdan yolun inşasına başlanılmasını xahiş edib. Lakin Şuvalov hər dəfə bununla bağlı vəd versə də, sözünün üstündə dayanmayıb və nəticədə beynəlxalq avtomobil yolunun inşasını başa çatdırmaq mümkün olmur. Marat Şibutov deyir ki, beynəlxalq avtomobil yolunun inşasının başa çatdırılmasından sonra Rusiya bundan milyardlarla dollar gəlir əldə edəcək. Ancaq nə üçünsə ruslar mühün strateji nəqliyyat dəhlizinin inşasının başa çatdırılmasında maraqlı deyillər. Əslində beynəlxalq avtomobil yolunun inşası üçün Rusiya maliyyə vəsaiti tapmaqda çətinlik çəkir. Prezident Putinin özü də dolayısı ilə bunu etiraf edir. O deyir ki, bəzi çətinliklər əbəbindən Rusiya üçün strateji əhəmiyyət daşıyan layihələrin reallaşdırılması ya aşağı templə gedir, ya da dayandırılıb. Bu müstəvidə də Rusiya ilə Qazaxıstan arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinə mane olan amillər mövcuddur. Buna baxmayaraq forumda tərəflər arasında 2017-ci ildə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilən və ümumi həcmi 4 milyard dollar olacaq 27 layihənin həyata keçirilməsi barədə razılıq əldə edilib.

Siyasi sahədə etibarlı vasitəçi

Siyasi sahədə Qazaxıstanla Rusiya münasibətlərində demək olar hər hansı problem yoxdur. İki ölkə arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir. Bunu prezidentlər Nazarbayev və Putin arasında müntəzəm olaraq ikitərəfli görüşlərin keçirilməsi də bir daha sübut etməkdədir. Məsələn, təkcə bu ilin ilk 10 ayı ərzində Nazarbayev və Putin 8 dəfə bir araya gələrək müxtəlif məsələləri müzakirə ediblər. Yeri gəlmişkən onu da qeyd edək ki, bu günə kimi dünyada biri-biri ilə isti münasibətlərdə olan heç bir ölkə rəhbərləri arasında bir ildə 8 görüş keçirilməyib. Prezident Nazarbayevin 2016-cı ildəki ən böyük uğurlarından bir də şübhəsiz ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasına verdiyi töhfə və bununla bağlı özünün vasitəçilik missiyasını uğurla həyata keçirməsi oldu. Nazarbayev Rusiya ilə Türkiyə arasında gərginliyi aradan qaldırmaq üçün Ərdoğan administrasiyasını Putinə üzr istəmə məktubu yazmağa razı sala bildi. Nazarbayevin təşəbbüsü ilə qazax diplomatlar rus dilində belə bir məktubun yazılmasında Ankaradan olan həmkarlarına yardım etdilər. Eyni zamanda Nazarbayev Putinə Ərdoğanın üzr məktubunu qəbul etməsinin vacib olduğunu xatırladaraq tərəfləri bu məsələdə danışıqlar masasına oturda bildi. Bunun ardınca isə Nazarbayevin şəxsi təşəbbüsü ilə Ərdoğan və Putin arasında görüş keçirildi. Nəticədə Qazaxıstan prezidenti Türkiyə ilə Rusiya arasında gərginliyin aradan qaldırılmasına nail oldu. Buna görə isə həm Putin, həm də Ərdoğan Nazarbayevə öz təşəkkürlərini bildirdilər. Rusiya prezidenti Ankara-Moskva gərginliyinin aradan qaldırılmasındkı uğurlu vasitəçilik missiyasına görə Nazarbayevə: “Sizin vasitəçilik missiyanız uğurla başa çatdı” deyərək ona xüsusi razılığını bildirdi. Bundan ruhlanan Nazarbayev hazırda Ukrayna ilə Rusiya arasında da gərginliyi aradan qaldırmaq üçün vasitəçilik missiyasını həyata keçirməyə cəhd edir. Bu məqsədlə Nazarbayev artıq Ukrayna prezidenti Poroşenko ilə görüşərək onunla Donbas və Krım məsələsəni müzakirə edib və bu probelmin aradan qaldırılması üçün iki ölkə arasında ortaq məxrəc tapmağa çalışır. Bir sözlə, Nazarbayevin belə bir fəaliyyəti Qazaxıstanın siyasi baxımdan Rusiyanın əsas müttəfiqinə çevrilməsinə gətirib çıxarıb.

Oxundu 259

© 2017 - NSPSOLUTIONS