“Eurovision-2017”nin qalibinə ürək köçürülüb

“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Salvador Sobrala ürək köçürülüb.

Bu barədə RTP teleradio şirkəti məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat dekabrın 8-də keçirilib. Həkimlər bildiriblər ki, transplantasiya uğurla həyata keçirilib, və hazırda müğənni uzun reabilitasiya prosedurasını keçməlidir.

Sobral sentyabrın sonunda reanimasiyaya düşüb. Müğənni bütün konsertlərini ləğv edib və ürəyindəki problemlərlə əlaqədar səhnədən birdəfəlik getdiyini bildirib.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top