Hollandiya futbolu 20 ildən sonra yenə eyni şoku yaşayacaq

Hollandiya futbol klublarının Avropa turnirlərində aşağı nəticələr göstərməsi ölkə futboluna baha başa gəlib. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, gələn mövsüm Hollandiya çempionatının qalibi Çempionlar Liqasına birbaşa qatıla bilməyəcək. 2019-cu ildən etibarən Hollandiya Kubokunun sahibi də UEFA Avropa Liqası turnirinin final mərhələsində birbaşa iştirak edə bilməyəcək. 1998-ci ildən bəri ilk dəfə olaraq Hollandiya çempionu Çempionlar Liqasının final mərhələsində birbaşa iştirak edə bilməyəcək. Hollandiya klublarının Avropada aşağı nəticələr göstərməsi ölkəni UEFA reytinqində 12-ci yerə düşürüb.

DİGƏR XƏBƏRLƏR

Top