Qrip yayılıb - Səhiyyə Nazirliyi: “Qorxulu virus aşkarlanmayıb”

Havanın temperaturunun kəskin düşməsilə hər birimizin ən yüngül xəstəlik sandığımız , həkimə getmədən evdə müalicə etməyə çalışdığımız soyuqdəymə, qripə yoluxma halları artıb. Əslində qrip virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilkin əlamətləri asqırma və qızdırma olur. Qrip virus tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəmə çevrilir, ağırlaşma hallarında isə ölümlə nəticələnir. Biz isə ya həkimlərə, ya dərmanlara inamsızlıqdan xəstəliyi evdə, “moruqlu”, “zoğallı” çayla sağaltmağa çalışırıq...

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova bildirib ki, oktyabrın 1-dən bu günə qədər tibb müəssisələrindən 63 şübhəli yaxma nümunəsi daxil olub:

“Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından daxil olan müraciətlərin 3-ü pozitiv olub. Onlardan 2-də paraqrip, 1-də adenavirus aşkarlanıb. Qrip infeksiyası isə tapılmayıb. Ümumi müraciətlərin 51-i isə 17 yaşa qədər uşaqlardan olub. Virus aşkarlananların hamısı uşaqlardır”. Nazirlik rəsmisinin sözələrinə görə, xəstələr arasında ağırlaşma halı müşahidə edilməyib.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top