İngiltərə futbolunda videotəkrar sistemindən istifadə olunacaq tarix açıqlanıb

İngiltərə futbolunda videotəkrar sistemindən (VAR) istifadə olunacaq tarix açıqlanıb. BBC xəbər verir ki, britaniyalılar ilk dəfə texnologiyanın köməyindən 2018-ci il yanvarın 6-da yararlanacaqlar. İngiltərə Kubokunun III mərhələsi çərçivəsində keçiriləcək “Brayton” – “Kristal Pelas” görüşündə hakimlər mübahisəli epizodlar zamanı videotəkrara müraciət edəcəklər. Qeyd edək ki, hazırda sınaq mərhələsində olan VAR sistemindən İtaliya, Almaniya, Portuqaliya və daha bir neçə ölkədə istifadə olunur.Report

DİGƏR XƏBƏRLƏR

Top