Səsi ilə məşhurlaşan çoban: "Artıq Bakıya köçmüşəm"


Sosial şəbəkələrdə gözəl səsli çoban kimi məşhurlaşan neftçalalı Pərvin Səfərov artıq Bakıya köçüb. "Yeniavaz.com"a açıqlama verən Pərvin "O Səs Türkiyə" yarışmasının hazırlıqlarını Bakıda davam etdirdiyini bildirib: "Bakıda qalmağa yerim olmadığına görə, rayona gedib-gəlməli olurdum. Bu isə yarışmaya tam gücü ilə hazırlaşmağımda mənə bir sıra çətinlik yaradırdı. Artıq Bakıya köçmüşəm. Sağ olsunlar, Xırdalanda - "AAAF PARK" yaşayış kompleksində mənə qalmaq üçün yer verdilər. Konservatoriyaya hazırlığa burdan gedib-gəlirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

DİGƏR XƏBƏRLƏR

Top