Pozitiv insanlarla əlaqə qurun - Stressdən xilas olmağın yolları

Stress - orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxmasıdır. Stressə düşmüş şəxslərdə əzələ gərginliyi, miqren, yorğunluq, yüksək təzyiq, xora, titrəmə, diş qıcatma, sürətli nəfəs alıb vermə, qəbizlik, halsızlıq, baş ağrısı, astma baş verə bilər.
Stress immun sistemini zəiflədir. Xəstəlik bədənə yol tapır. Nəticədə insan özünü yorğun, əzgin hiss edir.
Stressdən necə xilas olmaq olar?
1.Mütaliə etmək. Kitab oxumaq insanı stressdən uzaqlaşdırır. Bu, hər hansı bir roman, povest, hekayə, oçerk və s. ola bilər. İnsan həmin əsərdəki dünyaya dalır, əsəbləri sakitləşir.
2.Sakit olmağa çalışın. Çox yorulduğunuzda dərin nəfəs alın. Sakitləşin. Pəncərəni açıb, təmiz hava qəbul edin.
3.Çalışarkən fasilə verin. İş zamanı arada 5 dəqiqəlik tənəffüs edin. Oturduğunuz stuldan qalxın, hərəkət edin, çay için.
4.Gülümsəyin. Gülümsəmək stressi azaldır, xoşbəxtlik duyğusu yaradır.
5. Pozitiv insanlarla əlaqə qurun.
6. Musiqi dinləmək əsəbləri sakitləşdirir, gərginliyi azaldır.
7. İdman etmək. Trenajor zallarından istifadə etmək əsəblərin sakitləşməsinə böyük kömək edir.
8. Qadınlara evdə təmizlik işləri aparmaq, yır-yığış etməyin özü də stressdən çıxmağa yaxından dəstək olur.
9.Stressə səbəb olan yerdən uzaqlaşın. Əsəbləşdiyinizi, əllərinizin titrəməyə başladığını, qızardığınızı görən kimi həmin mühitdən uzaqlaşın.
10. İsti vanna qəbul etmək. İsti su qan dövranını yaxşılaşdırır. Özünə əminlik yaradır.
11. Piyada gəzmək stressi azaldır.
12. Soyulmuş portağalı və yaxud qabığını qoxulamaq stressin təsirini aşağı salır.
13. Manqo yeyin. Onun tərkibində linalool adlı üzvi birləşmə var. Həmin birləşmə əsəbləri sakitləşdirir və rahatladıcı təsir verir.
14. Çoxlu banan yeyin. Tərkibində serotonin (xoşbəxtlk gətirən, insanı gümrahlaşdıran) hormonları var.
15. C vitamini ilə zəngin meyvələr stressin qarşısını alır (kivi, portağal və s).
16. İnanc sisteminiz sizi stressdən çıxara bilər. Allaha təvəkkül edin. Özünuzü qoruyun. Siz çox dəyərlisiniz.
Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top