Kasperski: Bu il 90 milyondan çox kompüter virusu çıxacaq

2017-ci ildə dünyada 90 milyondan çox yeni, daha zərərverici proqram çıxacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu “Kasperski laboratoriyası” SC-nin təsisçisi Yevgeni Kasperski 4-cü Ümumdünya internetin idarə edilməsi üzrə konfransda deyib.

O bildirib: “20 il əvvəl, yəni 1997-ci ildə şirkətimi yeni quranda cəmi 500 zərərverici proqram qeydə almışdıq, 2007-ci ildə kolleksiyamız 2 milyondan çox kompüter virusu nümunəsi ilə zənginləşdi. 2017-ci ildə isə 90 milyondan çox yeni nümunə hesablamağı gözləyirik və bu, cəmi bir ildə olacaq”.

Y. Kasperskinin sözlərinə görə, dünyada ümumilikdə 500 milyon unikal virus faylı var: “Bu, böyük rəqəmdir – yarım milyard zərərverici proqram. Hər gün 300 mindən çox yeni virus qeydə alırıq”.

DİGƏR XƏBƏRLƏR

Top