"Oğlumun toyunda hamının sənədi yoxlanılıb restorana buraxılacaq" - Manaf Ağayev

Müğənni Manaf Ağayev dekabrın 4-də oğlu Elçinin toyuna hazırlaşır. Sənətçi "Hər şey daxil” verilişində şəhər restoranlarının birində keçiriləcək toyun mediaya qapalı olacağını deyib: "Oğul toyu qız toyundan fərqli olur. Oğul atası bir az ürəkli olur. Qız gedəndə kövrək olursan, amma indi evə gəlin gətirirsən. Toy mediaya qapalı olacaq. Çünki bunu Elçin özü istəyir. Deyir, müğənni deyiləm ki, mənim toyum çəkilsin. Qapıda mühafizə olacaq. Hamı sənədlə, şəxsiyyət vəsiqəsilə yoxlanılıb buraxılacaq. Düzdür, telefonu hər nə qədər qarşısını almağa çalışsan da, içəri keçirəcəklər, amma jurnalistlərə olmaz. Çünki media elə başlıq qoyur ki, adam qorxur, deyirsən, görəsən, içərisində nə var, nə demişəm...”.Axşam.az

DİGƏR XƏBƏRLƏR

Top