Azərbaycanda sinir sistemi xəstəliyi diaqnozu qoyulanların sayı artır

Ötən il 30 və yuxarı yaşlı insanlar arasında 26 min nəfərə sinir sistemi xəstəliyi diaqnozu qoyulub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son illər bu diaqnoz qoyulan insanların sayında artım müşahidə olunur. Statistikaya diqqət yetirək:

- 2010-cu ildə - 19 min 520 nəfər.

- 2011-ci ildə - 20 min 559 nəfər.

- 2012-ci ildə - 21 min 371 nəfər.

- 2013-cü ildə - 24 min 116 nəfər.

- 2014-cü ildə - 26 min 131 nəfər.

- 2015-ci ildə - 24 min 635 nəfər.

- 2016-cı ildə - 26 min 5 nəfər.

Son illərin rəsmi statistikasına əsasən deyə bilərik ki, Azərbaycanda 30 və yuxarı yaşda olan əhali arasında psixi pozğunluqlar və davranış pozğunluqları diaqnozu qoyulan insanların sayında azalma müşahidə olunur.

- 2010-cu ildə - 6008 nəfər.

- 2011-ci ildə - 5916 nəfər.

- 2012-ci ildə - 5694 nəfər.

- 2013-cü ildə - 5884 nəfər.

- 2014-cü ildə - 6551 nəfər.

- 2015-ci ildə - 3842 nəfər.

- 2016-cı ildə - 4830 nəfər.

Daimi olaraq qidaların keyfiyyətindən şikayətlənirik, üstəlik, çoxumuz düzgün qidalanma qaydalarına da riayət etmirik. Bu, həzm sisteminin xəstəlikləri ilə bağlı 30 və yuxarı yaşlı əhaliyə qoyulan diaqnozların sayında da özünü göstərir:

- 2010-cu ildə - 52 min 7 nəfər.

- 2011-ci ildə - 53 min 2 nəfər.

- 2012-ci ildə - 61 min 317 nəfər.

- 2013-cü ildə - 66 min 992 nəfər.

- 2014-cü ildə - 64 min 109 nəfər.

- 2015-ci ildə - 69 min 232 nəfər.

- 2016-cı ildə - 72 min 821 nəfər.

DİGƏR XƏBƏRLƏR

Top