Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb - Qorxulu STATİSTİKA

Azərbaycanda uşaqlar arasında xərçəng xəstəliyi artıb. Ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub ki, bunlardan 5235 nəfərini kişilər, 5572 nəfərini qadınlar təşkil edib. İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onlardan da 38 nəfəri oğlan, 46 nəfərini qız uşaqlarıdır. 2015-ci ildə 10183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Həmin il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlardır. 2014-cü ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan 9543 nəfərdən 81nəfərini 13 yaşadək uşaqlar təşkil edib. 2013-cü ildə 92 uşağa, 2012-ci ildə 73 uşağa, 2011-ci ildə 71 uşağa, 2010-cu ildə 65 uşağa bədxassəli şiş diaqnozu qoyulub. Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları da artıb. Belə ki, 2015-ci ildə əhalinin hər 100 000 nəfərinin 106,9 nəfərinə, 2016-cı ildə isə 112,1 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top