ANS-in aparıcısı siyasi sığınacaq aldı - “Mənən intihar etdim”

Bir müddət əvvəl bağlanan ANS TV-nin aparıcısı Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib.

Jurnalist Almaniyadan siyasi sığınacaq götürüb.

Bu barədə T. Rafiqqızının özü sosial şəbəkədə məlumat yayıb. O, qızının səhhətində yaranan problemə görə ölkədən getdiyini bildirib:

“Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib, bu hökumətdən sığınacaq istəməyə vadar etdi.

Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top