Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

Vaqif Əsədov: Bizdə siqnal verə-verə ailə qururlar

23.11.2017 20:11


“Son vaxtlar avtomobil yollarında piyada vurma faktları ciddi narahatlıq doğurur. Piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 67%-ni təşkil edir”. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. V. Əsədovun sözlərinə görə, piyadaların vurulması ilə baş verən hadisələrdə günah çox vaxt piyadalarda olur. “Sürücülərin 90 faizi piyadalara yol verir. Bu məsələdə problem piyadaların üzərinə düşür. Yol nəqliyyat hadisələrinin 67%-i piyadaların vurulması ilə nəticələnən qəzalardır. Piyadalar hələ də “bilmədim”, “görmədim”, “tələsirəm” deyir. Hər bir hərəkət iştirakçısı özünün təhlükəsizliyini təmin etməlidir”, - deyə bölmə rəisi bildirib. DYP rəsmisi tövsiyə edib ki, ölümlə, xəsarət alma ilə nəticələnən avtoqəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısı məsuliyyətli və diqqətli olmalıdır. “Avropada piyadalar piyada zolağından keçmirsə, 50 avro cərimələnir, bizdə isə 20 manat. İdarə edilən nəqliyyat vasitəsinin arxa oturacağında azyaşlı uşaqlar mütləq xüsusi oturacaqda getməlidir. 12 yaşa qədər olan uşaqlar üçün xüsusi oturacaq yoxdursa, həmin sürücü cərimələnir. Amma bu, bizdə inzibati xəta tərkibi yaratmır.

Avropada sürücülər yol polisi onları cərimələyəcək deyə qanuna riayət etmirlər. Onlar yol hərəkətində təhlükəsizliyini təmin edirlər ki, sağlamlıqlarını qorusunlar. Avropalı başa düşür ki, təhlükəsizlik kəmərini taxmırsa, qəza zamanı xəsarət dərəcəsi artacaq. Avropada sürücülər işıqforların tələblərinə uyğun hərəkət edirlər. Avropada sürücülər çox nadir hallarda səs siqnalı verirlər. Amma bizdə bir-birləri ilə səs siqnalı verərək salamlaşır və sağollaşırlar. Səs siqnalı verməklə adam çağırırlar, yol istəyirlər. Hətta səs siqnalı verə-verə ailə qururlar”, - deyə DYP rəsmisi qeyd edib. Vaqif Əsədov məsləhət edib ki, piyadalar maksimum diqqətli, təhlükəsizliyi təmin etmək bacarığına malik olsun və başqalarının da həyatına maneə yaratmasın.Baku.ws

Oxundu 363

© 2017 - NSPSOLUTIONS