Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

İQTİSADİYYAT

Əkrəm Həsənov: "Elman Rüstəmovun müavininin dedikləri ağ yalandır"

23.11.2017 19:33


"Elman Rüstəmovun birinci müavini "Bank Standard"ın müflisliyi səbəbləri ilə bağlı mənim ittihamlarıma cavab olaraq deyib ki, “Prezidentin sərəncamı ilə 2014-cü ildən yoxlamalar dayandırılmışdı. Ona görə də audit olmayıb”. Faktiki olaraq Mərkəzi Bank demək istəyir ki, bankı ona görə yoxlamayıblar ki, Prezident bunu onlara yasaq edib". Yeniavaz.com xəbər verir ki, bu barədə maliyyə sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib. Hüquqşünas qeyd edib ki, bu, ağ yalandır!: "Əvvəla, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanun 2014-cü ildən deyil, 2015-ci ilin noyabr ayından tətbiq olunur. Həmin anda "Bank Standard" artıq audit yoxlamasız qalmışdı və faktiki müflis idi. Mərkəzi Bank niyə bilə-bilə ictimaiyyəti çaşdırır və 2015-ci ili 2014-cü il kimi təqdim edir?
Daha sonra, bankların kənar auditini özəl audit şirkətləri aparır. Yəni bu, dövlət yoxlaması deyil və dövlət başçısının sahibkarların qorunmasına yönələn qərarlarının buna heç bir aidiyyəti yoxdur. Mərkəzi Bank niyə dövlət başçısının qərarını yanlış şəkildə təqim edir?"
Əkrəm Həsənov həmçinin qeyd edib ki, Mərkəzi Bank tərəfindən auditin olub-olmaması hər bir halda yoxlanılmalı idi: "Çünki Cənab Prezident tərəfindən təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı"na əsasən kredit təşkilatlarının yoxlanılması dayandırılmayıb! Mərkəzi Bank niyə Prezidentə qara yaxır? Məgər dövlət başçısı maliyyə sektorunu yoxlamasız qoya bilərdimi?
Çox təəssüf edirəm ki, Mərkəzi Bank təqsirini ört-basdır etmək üçün möhtərəm Prezidentimizin sahibkarların inkişafına yönəlmiş proqressiv qərarlarını özünə sərf edən tərzdə təqdim edir və cəmiyyətdə yanlış təsəvvür yaratmağa cəhd edir. Amma hər bir halda kimin kim olması artıq hamıya məlumdur. Bank sisteminin ağır vəziyyətinə, o cümlədən "Bank Standard"ın müflisliyinə görə ilk növbədə Mərkəzi Bank məsuldur və onun rəhbərliyi əməlinə görə cavab verməlidir".

Oxundu 183

© 2017 - NSPSOLUTIONS