NATO Moldovada nümayəndəlik açacaq

NATO dekabr ayında Moldovada özünün daimi ofisini açacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Moldovanın Baş naziri Pavel Filip ilə görüşdə deyib. Onun sözlərinə görə, Kişinyovda açılacaq ofis Moskva, Tbilisi və ya Kiyevdə artıq fəaliyyət göstərən ofislərin analoqu olacaq: “Orada mülki mütəxəssislər işləyəcəklər”. Y. Stoltenebeq əlavə edib ki, NATO Moldovanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir, onun hərbi neytrallığına hörmət edir. P. Filip isə öz növbəsində bildirib ki, Moldova NATO ilə fəal əməkdaşlığa yönəlib, çünki hesab edir ki, məhz NATO-dan özünü qorumağı öyrənə bilər: “Moldovanın neytrallığı onun təcridi anlamına gəlməməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top