Çavuşoğlu: Türkiyə NATO-dan uzaqlaşıb Rusiyaya yaxınlaşmır

Türkiyə Avropa və NATO-dan uzaqlaşıb Rusiyaya yaxınlaşmır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyənin Rusiyadan S-400 raket hücumundan müdafiə sistemləri alması NATO-dan uzaqlaşması anlamına gəlmir: “Türkiyə heç bir yerə yönəlmir, olduğu yerdə dayanır”. Nazir qeyd edib ki, NATO-dakı müttəfiq ölkələr adi silahlar daxil olmaqla müdafiə sistemlərini Türkiyəyə verməmək üçün ciddi müqavimət göstərirlər: “Mən hava hücumundan müdafiə sistemini qurmalıyam. Müttəfiqlərimdən də bunu ala bilmirəm. O zaman mütləq başqa bir yerdən almalıyam. Təcili ehtiyacım var”. M. Çavuşoğlu əlavə edib ki, bir sıra Avropa ölkələri Türkiyənin Rusiya ilə əlaqələrinin yaxınlaşmasını tənqid edir : “Avropa ölkələri ilə problemimiz yoxdur. Bəzi Avropa ölkələri özlərini şef hesab edirlər. Türkiyənin müxtəlif ölkələrlə inkişaf etdirdiyi əlaqələr bir-birinə alternativ deyil, bir-birinin tamamlayır”.

DİGƏR XƏBƏRLƏR

Top