Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

"Tum satıb qızımı oxuda bilmirəm" FOTO

23.11.2017 17:51

Mingəçevir şəhəri, V. Hüseynov 15, mənzil 12-də yaşayan Rəsulova Vüsalə Nəsib qızı "Yeniavaz.com" saytına müraciət edib. Vüsalə Rəsulova üzləşdiyi problemi ictimailəşdirməklə ona köməklik etməyimizi xahiş edib.

V. Rəsulova deyir ki, 8 ildir həyat yoldaşından ayrılıb və bir qız övladı var: "Bu günə qədər qızımı həyətdə oturub tum sataraq saxlamışam. Artıq bacara bilmirəm, uşaq günü-gündən böyüyür. Böyüdükcə də problemləri böyüyür. Uşağımın əyni təzə paltar tanımır. Onun-bunun paltarları ilə məktəbə gedir. Qızım 2-ci sinifdə oxuyur. Mən sosial yardım da ala bilmirəm. Aldığım 65 manat alimentlə dolana bilmirəm. İstərdim ki, uşaq pulları bərpa edilsin, bizim kimi tək analar problemlə üzləşməsin. Mən ürək ağrısı ilə onu da bildirmək istəyirəm ki, qızım balaca bağlamalarda tumu əlinə alaraq yoldan ötənlərdən xahiş edir ki, bizdən bu tumu alın, anam mənə baxa bilsin. Mən onu bu vəziyyətdə görəndə özümü bağışlaya bilmirəm. Nə edək, necə edək, dərdimizi kimə, hara deyək? O hələ uşaqdır, amma uşaqlığını yaşaya bilmədi".

Esmira Hidayətova, Mingəçevir

Oxundu 311

© 2017 - NSPSOLUTIONS