Azərbaycanda 1 ildə 7918 nəfər azadlıqdan məhrum edilib

Ötən il Azərbaycanda 7918 nəfər azadlıqdan məhrum olunub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son illər azadlıqdan məhrum olunanların sayında az da olsa artım müşahidə edilir. Statistikaya diqqət yetirək:

- 2010-cu ildə - 6409 nəfər.

- 2011-ci ildə - 6225 nəfər.

- 2012-ci ildə - 6531 nəfər.

- 2013-cü ildə - 6931 nəfər.

- 2014-cü ildə - 7360 nəfər.

- 2015-ci ildə - 7830 nəfər.

Ötən il azadlıqdan məhrum edilənlərin yarıdan çoxu 2 ilədək məhbəs həyatı yaşayacaq.

- 2 ilə qədər azadlıqdan məhrum edilənlər: 3463 nəfər.

- 2 ildən 5 ilə qədər: 2517 nəfər.

- 5 ildən 10 ilə qədər: 1474 nəfər.

- 10 ildən 20 ilə qədər: 454 nəfər.

- Ömürlük: 10 nəfər.

Statistika göstərir ki, ölkəmizdə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilənlərin də sayında artım müşahidə olunur.

- 2010-cu ildə - 381 nəfər.

- 2011-ci ildə - 360 nəfər.

- 2012-ci ildə - 381 nəfər.

- 2013-cü ildə - 494 nəfər.

- 2014-cü ildə - 330 nəfər.

- 2015-ci ildə - 455 nəfər.

DİGƏR XƏBƏRLƏR

Top