Suriyalı müxalifətçilər yekun bəyanat qəbul ediblər

Suriyalı müxalifətçilər Səudiyyə Ərəbistanının paytaxtında keçirilmiş görüşdə yekun bəyanat qəbul ediblər.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Suriya müxalifəti ilə danışıqlar üzrə Ər-Riyad Ali Komitəsinin nümayəndəsi deyib. Nümayəndə heyətləri Suriyadan bütün xarici hərbi birləşmələri çıxartmağa və kürdlərə qarşı “diskriminasiya siyasətini” dayandırmağa çağırıblar. Sənəddə, həmçinin deyilir ki, Suriya Prezidenti Bəşər Əsəd keçid dövrünün əvvəlində hakimiyyətdən getməlidir. Görüş iştirakçıları Dəməşq ilə danışıqlar üçün vahid nümayəndə heyətini seçəcək insanların siyahısını da təşkil edəcəklər. İkigünlük konfrans ötən gün başlayıb, orada təxminən 150 suriyalı müxalifətçi iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top