Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

İQTİSADİYYAT

Ehtiyac meyarı dəyişməyəcək - 116 manat

23.11.2017 17:29

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilib. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Komitə sədri bu məbləğin artırılmasının zəruri olduğunu qeyd edib: “2015 və 2016-cı ildə ölkədə ehtiyac meyarının yuxarı həddi 105 manat idi. 2018-ci ildə ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. 2017-ci ildə də bu məbləğ 116 manat olub”. Qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir. apa

Oxundu 157

© 2017 - NSPSOLUTIONS