İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı


Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev vəzifəsindən azad edilib. Bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub. Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur. Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün "Facebook" profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "Facebook"da və mətbuatda ciddi tənqid olunub.Report

DİGƏR XƏBƏRLƏR

Top