Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

İQTİSADİYYAT

Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb CƏDVƏL

23.11.2017 16:06

Bu ilin 10 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 789 mənzil, oktyabr ayı ərzində isə 278 mənzil alıblar. Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki. 2016-cı ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədən builkindən 282 mənzil az - 507 mənzil satın alıblar. Bu ilin oktyabr ayında isə azərbaycanlılar Türkiyədən 278 mənzil satın alıblar və bu ötən ilin oktyabr ayındakı göstəricidən təxminən 6,6 dəfə və ya 236 mənzil çox olub.

Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 10 ayı ərzində Türkiyədən ümumilikdə 18 min 835 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 21% və ya 3 min 142 mənzil çox olub. Oktyabr ayında Türkiyədə ev alan əcnəbilər arasında Səudiyyə Ərəbistanı, İraq, Azərbaycan, Küveyt, Rusiya, Əfqanıstan, Almaniya, İngiltərə, İran və İordaniya vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin ilk oktyabr ayında İraq vətəndaşları Türkiyədən 344, Səudiyyə Ərəbistanı vətəndaşları 528, Küveyt vətəndaşları 154, Rusiya vətəndaşları 125, İngiltərə vətəndaşları 94, İran vətəndaşları 85, Almaniya vətəndaşları 106, Əfqanıstan vətəndaşları isə 120 mənzil alıblar.

Oktyabr ayında isə xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:

ÖLKƏLƏR

OKTYABR, 2016

OKTYABR, 2017

S.Ərəbistanı

159

528

İraq

257

344

AZƏRBAYCAN

42

278

Küveyt

135

154

Rusiya

132

125

Əfqanıstan

88

120

Almaniya

63

106

İngiltərə

94

94

İran

72

85

İordaniya

25

75

BƏƏ

10

51

Ukrayna

17

66

Qətər

18

47

Oxundu 272

© 2017 - NSPSOLUTIONS