Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

Qəfil ürəktutmasından ölən idmançılar, müğənnilər, jurnalistlər, keçmiş məmurlar - SİYAHI

23.11.2017 15:24

Dünən axşam saatlarında tanınmış jurnalist Natiq Qədimov ürəktutmasından elə süfrə başındaca vəfat edib. O, 41 yaşında infarktdan dünyasını dəyişib. Qeyd edək ki, son illər Azərbaycanda qəfil ürəktutmasından, insultdan dünyasını dəyişən məşhurlar kifayət qədər çoxdur. "Yeniavaz.com" olaraq onlardan bəzilərini təqdim edirik.

- Bir neçə il öncə azərbaycanlı futbolçu Şəhriyar Xəlilov 25 yaşında dünyasını dəyişib. Azərbaycan çempionatlarında çıxış etmiş Şəhriyarın ölümünə səbəb ürəktutması göstərilib. O, "Xəzər Lənkəran", "Qəbələ", "Qarabağ", "Sumqayıt", "İnter" və "Turan" klublarının şərəfini qoruyurdu və perspektivli futbolçulardan biri idi.

- Azərbaycanın görkəmli şairlərindən olan Əli Kərimin oğlu Orxan Kərimov da bir neçə il öncə ürəktutmasından dünyasını dəyişib. O, uzun müddət ürək xəstəliyindən əziyyət çəkib. Orxan Kərimov Təhsil Nazirliyində şöbə müdiri işləyib. 2011-ci ildə rüşvət ittihamı ilə həbs olunub. Prezidentin sərəncamı ilə azadlığa çıxıb. 3 dəfə ürək əməliyyatı keçirmişdi.

- Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətov qəfil ürəktutmasından 22 yaşında dünyasını dəyişib. Həmin gün idmançı evdə tək olub, səhhətində qəfil problem yaranıb və həkimlər gələnədək vəfat edib.

- Tanınmış müğənni Rüfət Mehdiyev bir neçə il öncə insultdan dünyasını dəyişib. 1992-ci ildən müğənnilik edib. 1 fevral 2011-ci il tarixində insultdan qəfil dünyasını dəyişib.

- Bir neçə il öncə "Şəmkir" klubunun qapıçılar üzrə məşqçisi Samir Hacıyev də gənc yaşda qəfil ürəktutmasından dünyasını dəyişib.

- Şən və Hazırcavablar Klubunun üzvü, millət vəkili Anar Məmmədxanov da illər öncə qəfil dünyasını dəyişib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub. 23 aprel 2011-ci ildə ürəktutmasından vəfat edib.

- Karate Federasiyasının 1-ci vitse-prezidenti Yusif Məmmədov da qəfildən dünyasını dəyişənlərdəndir. O, evdə yox, restoranda dünyasını dəyişib. Bakıda keçirilən IV İslam Oyunlarında qazanılan qələbəni qeyd etmək üçün restorana toplaşanlar arasında olan Azərbaycan Milli Karate Federasiyasının 1-ci vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Y. Məmmədov ürəktutmasından ölüb.

- İşgəncələrə Qarşı Mübarizə Komitəsinin sədri Elçin Behbudov ürəktutmasından dünyasını dəyişib. O, 1985-ci ildən 1995-ci ilə kimi polis və xüsusi xidmət orqanlarında qulluq edib. Bu sistemdə sonuncu iş yeri prezident yanında Xüsusi İdarədə xidmət rəisi vəzifəsi olub. O, 1995-ci ilin mart hadisələrilə bağlı həbs edilib, işgəncələrə məruz qalıb. Uzun müddət idi ki, İşgəncələrə Qarşı Mübarizə Komitəsinə rəhbərlik edirdi. E. Behbudov qəfil dünyasını dəyişib.

- Tanınmış müğənni Vidadi Bərdəlinin qəfil ölüm xəbəri də bir neçə il öncə hər kəsi şoka salmışdı. Onun vəfatına səbəb beyninə qan sızması olub. Son vaxtlaradək səhhətində problem olduğunu hiss etdirməyən Vidadi Bərdəlinin qəfil vəfatı onu sevənləri məyus etmişdi.

- Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edənlərdəndir. General evində ürəktutmasından dünyasını dəyişib. Rasim Musayev Azərbaycanda tanınmış generallarından idi. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. Onun qəfil vəfatı bir müddət saytlarda xəbər mövzusu olmuşdu.

- Sosial şəbəkədəki səhifəsində tez-tez balıq ovundan fotolar paylaşan jurnalist İlqar Qulusoy soyuqqanlı, rahat insan təsiri bağışlayırdı. Deməzdin hər hansı narahatçılığı, ürəyində problemi var. İlqar Qulusoy 1980-ci ildə Naxçvan Muxtar Respublikasınının Kəngərli rayonunun Böyük Düz kəndində anadan olub. Əvvəllər Naxçvan Dövlət Televiziyasında işləyib. Son illər isə "Lider" televiziyasında çalışırdı.

Axşam saatlarında dostları ilə "Azərbaycan" Nəşriyyatının həyətindəki meydançada futbol oynayan İlqar qəfildən yıxılıb. Dostları nə baş verdiyini anlayana qədər, o, dünyasını dəyişib. İlqar Qulusoy ürəktutmasından vəfat edib.

- 2011-ci il avqustun 10-da jurnalist Ceyhun Nağı evdən çıxarkən ürəktutmasından vəfat edib. Onun ağrıları tutub və 6 saylı xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb kimi ürək çatışmazlığı olub.

- AzTV-nin Xəbərlər proqramının veb-redaktoru, 42 yaşlı jurnalist Rəna İbrahimova qəfil dünyasını dəyişib. Rəna İbrahimovanın beyninə qan sızıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, vəfat edib.

- Qəfil dünyasını dəyişənlərdən biri də jurnalist Zabil Müqabiloğlu oldu. O, 1 saylı Şəhər Kliniki Xəstəxansında keçindi. Z. Müqabiloğlu qaraciyər sirrozundan əziyyət çəkirdi və qəfil komaya düşmüşdü...

Hazırladı: Nicat

Oxundu 1524

© 2017 - NSPSOLUTIONS