Kreml Türkiyənin PYD ilə bağlı əndişələrinə münasibət bildirdi

Rusiya Suriya Milli Dialoq Konqresində Türkiyənin milli təhlükəsizliyi üçün təhdid hesab etdiyi qüvvələrin (PKK-nın Suriya qanadı PYD) iştirakı ilə bağlı Ankaranın əndişələri barədə bilir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, lakin bu həmin kontekstdə işlərin görülməsinin zəruri olmadığı anlamına gəlmir. D. Peskov bildirib:

“Bilirik ki, türkiyəli tərəfdaşlarımızın milli təhlükəsizliyə təhdid hesab etdikləri qüvvələrə münasibətdə müəyyən qeydləri var, lakin bu o demək deyil ki, iş aparılmayacaq. Siyahıların yoxlanılmasının razılaşdırılması üzrə çox gərgin ekspert işi gözlənilir. Bu iş yekunlaşdırıldıqdan sonra sənəddə bəyan edildiyi kimi Soçidə konfransın çağırılmasını gözləyəcəyik”.

Bununla belə, D. Peskov konqresin keçirilməsinin dəqiq tarixinin hələ məlum olmadığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top