Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

DÜNYA

Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”

23.11.2017 15:08

“Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır. Bu layihənin Yeni İpək Yolu konsepsiyasının bir hissəsi olması barədə fikirlər səsləndirilir. Bu isə tamamilə bizim marağımıza uyğundur. Avropa İttifaqı 20-yə yaxın ölkənin ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqı beynəlxalq ticarət əlaqələri üçün açıqdır. Biz istənilən infrastruktur layihələrində maraqlıyıq”. Bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press-tur iştirakçıları ilə görüşündə deyib. Y. Han ”Şərq tərəfdaşlığı” proqramında iki münaqişəli ölkənin iştirakı və belə olan halda ölkələrarası rabitəni necə inkişaf etdirməyin mümkünlüyü barədə suala belə cavab verib: “Qərbi Balkanlarda 4 il əvvəl başlayan və uğurla davam edən bir infrastruktur layihəsi var ki, bunun da məqsədi oradakı ölkələrin barışmasına və onlar arasında əlaqələrin inkişafına təkan verməkdir. Müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün istənilən təşəbbüs əlaqələrin inkişafına təkan verə və mövcud münaqişələrin öhdəsindən gəlməyə töhfə verə bilər”.

"Şərq tərəfdaşlığı" zirvə toplantısının yekun bəyannaməsinin razılaşdırılması ilə bağlı müzakirələrin uzanmasına toxunan Y. Hanın sözlərinə görə, sammitlərin xüsusiyyəti belədir ki, final bəyanatı ən son ana kimi müzakirə olunur: "Lakin deyə bilərəm ki, biz nəinki razılaşma əldə edəcəyik, həm də sabah günorta final bəyanatı imzalayacağıq. Bu, hamını yüz faiz məmnun edəcək və Avropa İttifaqına üzv 28 dövlətin, 6 "Şərq tərəfdaşlığı" ölkəsinin maraqlarına uyğun olacaq".Apa

Oxundu 147

© 2017 - NSPSOLUTIONS