Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

İDMAN

Azərbaycan millisi FİFA reytinqində 2 pillə geriləyib

23.11.2017 14:42

Bu gün FİFA-nın milli komandalar reytinqi açıqlanıb. Ötən cədvəllə müqayisədə siyahıda bəzi dəyişikliklər qeydə alınıb. Bu dəyişikliklərə səbəb DÇ-2018-in pley-off matçları, həmçinin yığmaların iştirakı ilə baş tutan digər qarşılaşmalardı. Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Yığmamız oktyabrdakı mövqeyini itirib. Düzdü, hesabat dövründə heç bir matça çıxmayan komandamız 9 xal qazanmağa müvəffəq olub. Ötən ay açıqlanan cədvəldə hesabında 272 xalı olan yığmamız indi 281 xala malikdi. Amma bu artım irəliləmək deyil, geriləməklə nəticələnib. Son siyahıda dünyanın 115-cisi olan millimiz bu dəfə 117-cidi. Üç komanda - KXDR, Qırğızıstan, Bəhreyn milliləri xal hesablarını artırmaqla yığmamızı arxada qoyub. Əvəzində komandamız da Yəməni keçib.

Millimiz və “qonşular”ı

112 (114). Türkmənistan – 292

113 (108). Sent-Kitts və Nevis – 291

114 (132). KXDR – 283

115 (125). Bəhreyn – 282

115 (120). Qırğızıstan - 282

117 (115). Azərbaycan – 281

118 (116). Filippin – 280

119 (129). Namibiya - 274

120 (118). Ruanda – 269

121 (112). Yəmən – 268

122 (122). Yeni Zelandiya – 267

Dünyanın ən güclü 10 komandasının mövqeyində də dəyişikliklər baş verib. Peru “onluğ”u tərk edibsə, İsveçrə ən yaxşılar sırasına yüksəlib. Sonuncular kimi İspaniya da irəliləyibsə, Polşa, Fransa və Çili isə geriləyib.

İlk “onluq”

1 (1). Almaniya – 1602

2 (2). Braziliya – 1483

3 (3). Portuqaliya – 1358

4 (4). Argentina – 1348

5 (5). Belçika – 1325

6 (8). İspaniya - 1231

7 (6). Polşa - 1209

8 (11). İsveçrə - 1190

9 (7). Fransa – 1183

10 (9). Çili – 1162

Qonşu Türkiyə yığması siyahıda 9 pillə geriləyib. 42-ci yerə yuvarlanan “ay-ulduzlular”ın 735 xalı var. Qeyd edək ki, FİFA növbəti cədvəli dekabrın 21-də açıqlayacaq.Apa

Oxundu 231

© 2017 - NSPSOLUTIONS