Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

DÜNYA

Ərdoğan son 65 ildə bu ölkəyə səfər edəcək ilk Türkiyə Prezidenti olacaq

23.11.2017 13:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu deyib. Onun sözlərinə görə, R. T Ərdoğan son 65 ildə Yunanıstana səfər edəcək ilk Türkiyə Prezidenti olacaq. H. Çavuşoğlu qeyd edib ki, səfər qarşıdakı günlərdə baş tutacaq. Baş nazirin müavini əlavə edib ki, səfər zamanı üç konkret layihə müzakirə ediləcək: “Bunlardan birincisi İzmirdən Salonikiyə bərələr vasitələsilə sərnişin və yük daşımalarıdır, ikincisi İstanbuldan Salonikiyə sürətli qatarların hərəkəti üçüm dəmir yolunun çəkilməsidir, üçüncüsü isə Kipi və İpsala gömrük keçid məntəqələrində körpünün inşasıdır. Səfər iki ölkə arasındakı əlaqələri daha yüksək səviyyəyə çatdıracaq”.

Oxundu 217

© 2017 - NSPSOLUTIONS