Firdovsi Umudov: İdmanı siyasətdən uzaq tutmaq istəsək də…

Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

Qripdən qorunmaq üçün nə etməli - Rusiyalı həkimdən məsləhət

Bazar ertəsi, 26 fevral 2018
TR EN RU

Menu

Bazar ertəsi, 26 fevral 2018
EN TR RU

QƏRİBƏ DÜNYA

“Facebook”un messencerində yenilik

23.11.2017 13:09

“Facebook”un messencerində 4K formatlı fotolar göndərmək mümkün olacaq.

Sosial şəbəkədən bildiriblər ki, yüklənən şəkillər artıq keyfiyyətini itirməyəcək.

“Facebook” üçün şəkillərin miqyası 4096х4096 pikselə çatacaq ki, bu da internet xidmətləri üçün keyfiyyət göstəricisi hesab edilir.

Hər ay sosial şəbəkə istifadəçiləri təxminən 17 milyard foto mübadiləsi həyata keçirir. Bu səbəblə onlar sosial şəbəkə rəhbərliyinə standart messenceri təkmilləşdirmək xahişi ilə müraciət ediblər. Artıq ABŞ, Kanada, Fransa, Avstraliya, Honkonq, Sinqapur, Cənubi Koreya və Yaponiyada yenilik tətbiq olunub. Yaxın həftələrdə 4K yükləmə funksiyası bütün istifadəçilərə əlçatan olacaq.

“Facebook” qeyd edir ki, fotonun böyüklüyü sürətə heç cür təsir etməyəcək və istifadəçilər əvvəl olduğu kimi, yenə də sürətlə fayl mübadiləsi apara biləcəklər.

Xatırladaq ki, bu günlərdə videosüjetlərin təhlili və redaktəsi üçün “Facebook Creator” təqdim edilib. actualnews.org

Oxundu 295

© 2018 - NSPSOLUTIONS