Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

“Rayonlara gedəndə, maşın çatışmazlığından əziyyət çəkirik” - Deputat

23.11.2017 13:08

“Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Parlamentin beynəlxalq fəaliyyətinin düzgün şəkildə aparılması üçün ezamiyyə xərclərininin artırılmasına ehtiyac var”. Bunu bunu Milli Məclisin iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib. Deputat ezamiyyə xərclərinin büdcədə ayrıca qeyd edilməsini təklif edib. “Büdcəni biz təsdiq edirik. Ona görə də hökumətdən xahiş edirik ki, ezamiyyə xərclərini artırsın. Son 3 ildə çox böyük əziyyətlər çəkirik. Biz beynəlxalq təşkilatlara gəzmək üçün getmirik. Ermənilərin təxribatlarının qarşsını almağa, Azərbaycana qarayaxma kampaniyası aparanlarla mübarizə aparmağa gedirik. Bu istiqamətdə parlamentin dostluq qruplarının çox böyük əhəmiyyəti var. Dost olarkən gərək gedərsən, gələrsən, münasibət qurasan. Biz heç onları bəzən layiqincə qarşılaya bilmirik. Bir də rayonlara vətəndaşlarla görüşə gedərkən ya maşın çatışmazlığından, ya da yanacaq çatışmazlığından əziyyət çəkirik. Qanunda da bu göstərilsin”. Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib: “Musa müəllim, qanunda elə şey yazılmayıb”.Modern.az

Oxundu 158

© 2017 - NSPSOLUTIONS