Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

DÜNYA

İstanbulda törədilən terrorun təkilatçısı Tbilisidə məhv edildi

23.11.2017 11:20

Ötən gün Gürcüstan paytaxtı Tbilisidə keçrilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçular arasında İstanbulun Atatürk hava limanında törədilən terror aktının təşkilatçılarından biri də var.

Bu, “Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir.

Məlumata görə, Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstə başçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. Ə.Çatayev ötən gün Tbilisidə məhv edilib.

Qeyd edək ki, noyabrın 22-də Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində çeçen əsilli 3 terrorçu zərərsizləşdirilib, biri tutulub.

Xatırladaq ki, 2016-cı il iyunun 28-də Türkiyənin Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb. Report

Oxundu 154

© 2017 - NSPSOLUTIONS